"Qarabağ" Avropa Liqasının ilk turunda azarkeş sayına görə TOP-5-də qərarlaşıb.
Newsport.az saytının məlumatına görə, Tofiq Bəhramov stadionda baş tutan Avropa Liqasının qrup mərhələsinin ilk turunun "Qarabağ" - "Sent-Etyen" oyununu 28,786 azarkeş izləyib. Bu da qrup mərhələsinin ilk turunun ən çox izlənən 5-ci qarşılaşmasıdır.
1. "Borussiya" (Mönhenqladbax) - "Vilyareal" (1:1) (39.128)
2. "Sevilya" - "Feyenoord" (2:0) (35.000)
3. "Fiorentina" - "Genqam" (3:0) (32.000)
4. "Everton" - "Volfsburq" (4:1) (29.593)
5. "Qarabağ" - "Sent-Etyen" (0:0) (28.786)