"Sent-Etyen"in müdafiəçisi Yohatan Brisonun Newsport.az saytına müsahibəsi...
- Bakıdan 1 xalla geri dönürsünüz. Oyun haqqında fikirləriniz?
- Bu oyun bizim üçün çox çətin oldu. Çünki "Qarabağ" çox yaxşı və güclü komandadır. Onların kifayət qədər güclü komandaları var. Bir xal bizim üçün yaxşı nəticədir. Çünki, bu gecə "Sent-Etyen" yaxşı oyun oynamadı.
- Oyundan əvvəl Bakıdan 3 xalla dönəcəyinizi düşünürdünüzmü?
- Əslində rəqib haqqında heç bir məlumatımız yox idi. Bu gecə əmin olduq ki, "Qarabağ" çox güclü komandadır.
- "Qarabağ"ın heyətində hansı oyunçunu daha çox bəyəndin ?
- Bu suala cavab vermək çox çətindir. Çünki "Qarabağ"ın heyətində olduqca güclü futbolçular var. Reynaldo möhtəşəm futbolçudur. Leroy Corc və Almeyda həmçinin. Yerli müdafiəçilərinizə söz ola bilməz.
- Azarkeşlərindən belə dəstək gözləyirdinizmi?
- Azarkeşlər möhtəşəm idilər. 90 dəqiqə dayanmadan komandalarına dəstək oldular. Bizim üçün onların səs-küyündən oyuna adapte olmaq çox çətin idi. Azərbaycanda futbolu belə sevdiklərini bilmirdim.
- Rəqib azarkeşlərlə "Sent-Etyen" azarkeşləri arasında hansısa fərqi hiss elədin?
- Düzünü deyim oyuna bu qədər marağın olacağını düşünmürdüm. Lakin "Sent-Etyen" azarkeşləri daha möhtəşəmdilər. Çünki onlar az sayda olsa belə, bizim dəstəkləməyə gəlmişdilər.
İlkin Sultanlı