Danilo Dias: "Bu oyunda qalib gəlməyə borclu idik" AÇIQLAMA

"Qarabağ"ın futbolçusu Danilo Dias "Sent-Etyen" oyununu (0:0) şərh edib.
 
Newsport.az saytının məlumatına görə, braziliyalı futbolçu oyunda qalib gəlməli olduqlarını bildirib:
 
"Çətin oyun oldu. Nəticədə meydandan 0:0 bərabərliklə ayrıldıq. Oyunu udmalı idik. Çünki çox şanslarımız oldu. Kim deyə bilər ki, növbəti dəfə belə şans nə vaxt əlimizə düşəcək?"
 
Dias oyuna start heyətində başlamamağına da münasibət bildirib:
 
"Mən bu kollektivin üzvüyəm və burada olmaqdan xoşbəxtəm. Əlbəttə ki, start heyətdə meydana çıxmaq istəyərdim. Amma bu, baş məşqçimizin qərarıdı. Mən də razılaşmalıyam. İndi gərək çox çalışım. Hesab edirəm ki, "Qarabağ" bu matçda qələbə qazanmağa layiq idi. Qol vurmaq üçün çox şanslarımız oldu. "Sent-Etyen"in qol şansları olduğunu xatırlamıram. Artıq ölkə çempionatı haqqında fikirləşməliyik. Çünki "Simurq"a qarşı çətin oyunumuz olacaq".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right