Leroy Corc "Qarabağ" - "Sent-Etyen" görüşündən sonra matçla bağlı danışıb.
Newsport.az xəbər verir ki, Ağdam klubunun holland futbolçusu nəticəni qənaətbəxş sayıb:
"Qol vurmaq üçün çox çalışdıq. Ancaq alınmadı. Qol vəziyyətlərimiz də var idi. Nə etsək də, bu gün uğur bizim tərəfimizdə deyildi. Rəqib qapıçının oyununu da xüsusi vurğulayardım. O, bizim qələbəmizə maneçilik törətdi".
Sözügedən matç qolsuz heç-heçə ilə yekunlaşıb. Təmsilçimiz nə qədər cəhd göstərsə də, rəqib qapısına yol tapa bilməyib. Bununla da komandamız qrup mərhələsinə 1 xalla başlaylb.