"Qarabağ”ın futbolçusu Maksim Medvedev "Sent Etyen”lə Avropa Liqasının qrup oyunundan (0:0) sonra matçla bağlı fikirlərini bölüşüb.
Newsport.az saytının məlumatına görə, 24 yaşlı müdafiəçisi “Sent-Etyen”in zəif rəqib olmadığını bildirib:
"Bu gün "Qarabağ" "Sent Etyen"lə heç-heçə edirsə bu o demək deyil ki, "Sent Etyen" zəif rəqibdi. Gördüyünüz kimi qonaqların adlı-sanlı futbolçuları var. Bu gün onlara qarşı oynayırıq. Oyuna çıxanda uşaqlarda hiss olunurdu ki, qorxu yoxdu. Öz oyunlarını rahat oynayırdılar. Təəssüf ki, Çumbinyo zədələndi. Bununla belə düşünürəm ki, bu gün yaxşı oynadıq".