Rəşad Sadiqov: "Futbolda "vurmalı idi", "qalib gəlməli idik” deyimi yoxdur" AÇIQLAMA

"Qarabağ”ın kapitanı Rəşad Sadıqov "Sent Etyen”lə Avropa Liqasının qrup oyunundan (0:0) sonra matçla bağlı fikirlərini bölüşüb.

Newsport.az saytının məlumatına görə, təcrübəli futbolçu rəqibin müdafiədə yaxşı oynadığını bildirib:

"Maraqlı oyun oldu. Çoxlu hücumlar qurduq. Lakin rəqib yaxşı müdafiə olundu. Qol epizodlarından yararlana biilmədik. Təəssüflər olsun ki, qol mkanlarımızdan istifadə edə bilmədik. Reynaldonun qol epizodlarından yararlana bilməməsi qeyri-adi hal deyil. Futbolda hər şey olur. Elə oyun olur ki, nə qədər çalışsan da, qol vurmaq mümkün olmur. Futbolda "vurmalı idi", "qalib gəlməli idik” deyimi yoxdur. Yaxşı oynamaq o demək deyil ki, qələbə qazanacaqsan. Ancaq yaxşı olardı ki, qrup mərhələsinə üç xalla başlayaq."

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right