"Qarabağ"ın müdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sent-Etyen"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb.
Newsport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu başlanğıç üçün 1 xalın da pis olmadığını bildirib:
"Düşünürəm ki, yaxşı oynadıq. Oyuna ciddi hazırlaşmışdıq. Hər şey yaxşı idi. Oyunda çatışmayan qol idi. Onu da vursaydıq, lap əla olardı. 1 xal da pis deyil. Çünki "Sent-Etyen" kimi komanda hər an səni cəzalandıra bilər. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı nəticə qazanaq"