Dünən UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Türkiyənin “Beşiktaş” klubu Yunanıstan təmsilçisi “Asteras”ı (Tripolis) qəbul edib.
Newsport.az saytının məlumtına görə, 1:1 hesablı nəticə qeydə alınan matçdan sonra “Qara-qartallar”ın yeni transferi Xose Sosa maraqlı açıqlama verib:
“Bu forma üçün uzun müddətdir ki, gözləyirdim. Karyeramda yeni başlanğıc etmək istəyirəm. Buraxdığımız qol bəxtsizlikdən oldu. Oyunda bütünlüklə üstün tərəf biz idik. Fikrimcə Superliqadakı oyunlardan daha yaxşı təsir bağışladıq”