Mövlud Ərdinç: "3 xalla dönəcəyimizi düşünürdüm"

“Sent-Etyen”in futbolçusu UEFA Avropa Liqasının qrup mərhələsində qarşılaşdıqları “Qarabağ”  oyununu (0:0) şərh edib.

Newsport.az saytının məlumatına görə, türkiyəli hücumçu Bakıdan bir xalla döndükləri üçün sevindiklərini bildirib:

"Qarabağ” çox yaxşı komandadı. Burdan bir xalla döndüyümüz üçün sevinirәm. “Rəqibin başqa oyunlarını izlәmişdik. Yaxşı komanda olduğunu bilirdik. Amma matçlarını izlәmәdәn öncә düşünürdüm ki, Azәrbaycandan çox rahatca 3 xalla dönәcәyik. Lakin belә olmadı. "Qarabağ"ın hücum xәttindә olan Reynaldo çox tәhlükәli futbolçu idi. Buna görә müdafiәyә oturduq vә 1 xalı haqq etdiyimizi düşünürәm. Bakı vә Azәrbaycan gözәldi. Stadiondan da xoşum gәldi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right