UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Tiflis şəhərindəki Mixeil Mesxi adına stadionda "Çixura" - "Neftçi" oyunu keçiriləcək.
"Newsport.az" xəbər verir ki, oyunu izləmək üçün AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün Tiflis şəhərinə gedib.
Matç Bakı vaxtı ilə 22:00-da başlayacaq.
-