Avropa Liqası: "Qarabağ" ilk oyunda heç-heçə etdi YENİLƏNİB

Bu gün Avropa Liqasının qrup mərhələsinin oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün qrupda ilk oyununu keçirəcək.

F qrupunda mübarizə aparan Qurban Qurbanovun komandası öz meydanında Fransanın “Sent Etyen” klubu ilə qarşılaşacaq. Tarixində ilk dəfə qrup mərhələsinə yüksələn Ağdam təmsilçisi azarkeşləri önündə sərfəli nəticə qazanmağa çalışacaq.

Görüş saat 21:00-da başlayacaq.

Qeyd edək ki, qrupun digər oyununda  Ukraynanın “Dnepr” klubu  İtaliya “İnter”ini qəbul edəcək.

 

18 sentyabr

Avropa Liqsının qrup mərhələsi

F qrupu

21:00.”Qarabağ”  (Azərbaycan) – “Sent Etyen” (Fransa) 0:0 (İkinci hissə)
Hakimlər: Steven Maklin, Qavin Harris, Fransis Konnor, Alasdair Ross (Şotlandiya)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right