"Çixura"nın baş məşqçisi "Neftçi"yə "ilişdi"

Gürcüstanın "Çixura" klubunun baş məşqçisi Soso Pruidze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb.Newsport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

 

 

- Bizim üçün adi oyunlardan biridi. Normal qaydada hazırlaşmışıq. Kiçik zədəsi olan futbolçularımız var. Mümkündü ki, müdafiədən oynayaq. Rəqibin bizə təklif edəcəyi oyuna baxacağıq.

 

- Komandanız artıq üç oyundu eyni futbolu sərgiləyir. Bu dəfə nəsə dəyişməyi düşünmüsüz?


- "Neftçi" bizi yaxşı analiz edib. Amma biz də onları yaxşı tanıyırıq. Sabah qələbə qazanmaq üçün taktikamızı dəyişəcəyik.

 

- Penaltilərə hazırsız?


- Mənim oyunçularım tələskəndilər. Çətin olacaq. Amma qələbə qazanacağımıza ümidliyəm. "Neftçi"dən sonra bizi daha çətin rəqib gözləyir. Biz hər şeyə hazır olmalıyıq.

 

- "Neftçi"nin baş məşqçisi "Çixura"nın tanımadığı taktika ilə oynayacaqlarını dedi. Hər şeyə hazır olduğunuza əminsiz?


- Əgər onlar şou göstərmək istəyirlərsə, qoy göstərsinlər. Biz də onların necə şou göstərmək istədiklərini görərik. Biz isə komandaya uğur qazandıra biləcək oyun göstərməyə çalışacağıq.

 

- "Neftçi"nin futbolçuları Avropa səviyyəli oyun göstərdiklərini, "Çixura"nın isə qapalı oynadığını deyirlər...


- Bu, bizim yaxşı bacardığımız oyundu. Avropada da qapalı futbol oynamaqla uğur qazanan komandalar var.

 

- Komandanız azarkeşlərin Bakıdakı matç zamanı hərəkətinə görə çox güclü cəza ilə üzləşdi. Bunu necə qarşıladız?


- Bu, problemli məsələdi. Bizim üçün hər bir qəpik önəmlidi. Təbii ki, belə bir cərimə ilə üzləşməyimiz klubun büdcəsinə zərbədi.

 

- Hansı üstünlüyünüz var?


- Daha çox top saxlamaq və qol buraxmamaq.

 

- "Neftçi"nin hansı futbolçusundan çəkinirsiz?


- "Neftçi"nin yaxşı futbolçuları var. Araz Abdullayev çox sürətli və texnikalı oyunçudu. Vobayla Flavinyo da yaxşıdı. Amma braziliyalı futbolçu son oyunlarda özünü göstərə bilmir.

 
 
 

- See more at: http://rekord.az/news/p:14784#sthash.Pla2n3Qd.dpuf





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right