"Sent Etyen"in baş məşqçisi: "Qarabağ" bizdən daha təcrübəli komandadır"

Sabah Avropa Liqasının F qrupunun ilk oyununda “Sent Etyen” Bakıda “Qarabağ”ın qonağı olacaq.

Newsport.az xəbər verir ki, fransız klubunun baş məşqçisi Kristof Qaltye oyundan öncə jurnalistlərin sualların cavablandırıb:

- Avropa Liqasında məqsədiniz nədir?

- Bildiyiniz kimi, Fransa liqasında yaxşı mövsüm keçiririk. Avroliqada yaxşı təcrübə qazanacağıq.

- Sizdə zədəli oyunçuların vəziyyəti necədir?

- Bir neçə zədəli futbolçumuz var. Ümid edirəm ki, zədəlilərin yoxluğunda yaxşı nəticə qazanacağıq.

- Siz bu oyuna necə hazırlaşmısız?

- Oyuna yaxşı hazırlaşmışıq. Komandamız əla vəziyyətdədir.

- “Qarabağ”ın son oyununu izləmisiz. Bu komanda barədə nə deyə bilərsiz?

- Bəli, bizim nümayəndələr oyunu izləyib. “Qarabağ”ın bütün Avroliqa oyununu izləmişəm. “Qarabağ”ın daha böyük təcrübəsi var. Onlar çempion olublar, çempion komandalarıdır. “Qarabağ”ın futbolçuları Azərbaycan millisində əsas oyunçularıdır. Cənubi Amerikadan olan futbolçular da çox yaxşı çıxış edirlər.

- “Qarabağ”ın Avropa Liqasındakı son oyunlarının statistikası sizi qorxutmur?

- Biz ancaq öz oyunumuzu oynayacağıq. Amma bu bir faktdır ki, “Qarabağ” bizdən daha təcrübəli komandadır.

- Ola bilər ki, siz Avroliqanı Fransa çempionatına qurban verəsiz?

- “Sent Etyen” Avropa Liqasına çox böyük maraq göstərir. Biz qrupdan çıxmağa layiqik.    

- Sizin deməklərinizdən belə çıxır ki, komandanız sabah müdafiə futbolu oynayacaq?

- Demək istəyirəm ki, Avroliqada açıq futbol oynamaq olmaz. Kim belə oynasa, tez də cəzalanır.

- Bakıda məğlub olsaz bunu normal qarşılayacaqsız?

-  Heç kim uduzanda sevinmir. Uduzsaq, çox məyus olacağıq.

- Siz hər il bir neçə dəfə Fransa çempionatında PSJ, “Monako”, “Marsell”, “Bordo” kimi klublara qarşı oynayırsız. Hansı əsasla deyirsiz ki, “Qarabağ” sizdən təcrübəlidir? Deyəsən, artıq indidən məğlubiyyətə bəhanə gətirirsiz...

- “Qarabağ”ın Avroliqada çoxlu qələbələri var. Biz bunu əsas götürürük.

- “Qarabağ” Ağdamı təmsil etsə də, 20 ildi bu şəhər işğal aıtındadır. Bu barədə

 Məlumatınız varmı?

 

- Mən “Qarabağ”ın oyunlarını izləmişəm. Demək istərdim ki, mən ancaq futbol barədə maraqlanıram. Digər məsələlər mənə maraqlı deyil.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right