"Bizi Bakıda asan oyun gözləmir. Rəqibin çoxsaylı azarkeşi..."
"Rəqibimizi tanımağa çalışırıq ki, səfərdə necə oynayacağımızı bilək. Biz Bakıya xal almaq üçün gedirik".
Newsport.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Sent Etyen" klubunun futbolçusu Mustafa Bayal Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaqları oyun haqda danışarkən deyib.
Seneqallı yarımmüdafiəçi "Qarabağ" haqda heç bir məlumatlarının olmadığını deyib: "Rəqib haqda çox söz deyə bilmərəm. Yalnız bəzi oyunlarının videosuna baxmışıq. Ona görə də səfərdəki matçda çox diqqətli olmalıyıq. Bizi Bakıda asan oyun gözləmir. Rəqibin çoxsaylı azarkeşinin olduğunu bilirik. "Qarabağ" güclü azarkeş dəstəyi altında sabit çıxış etdiyini də bilirik".
Xatırladaq ki, "Qarabağ" - "Sent Etyen" oyunu sentyabrın 18-də keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.