" Maraqlı olacaq"- "Sent-Etyen"in prezidenti

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Bakıda "Qarabağ"ın qonağı olacaq "Sent-Etyen" klubunun prezidenti Bernard Kayazzo maraqlı fikirlər səsləndirib.

Newsport.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, Kayazzo komandasının çətin qrupa düşmədiyini bildirib:

"Çətin qrupa düşdüyümüzə tam əmin deyiləm. Çətinlik olduqda, sən daha çox şey öyrənirsən. Ona görə də asan yol axtarmayın. "San Siro"da oynamaq əla hissdir. Eyni zamanda bizi Azərbaycan və Ukraynaya uzaq səfərlər gözləyir. Maraqlı olacaq".

Qeyd edək ki, sentyabrın 18-də Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Bakıda "Qarabağ"la qarşılaşacaq "Sent-Etyen"in növbəti səfəri İtaliyaya olacaq. Fransa təmsilçisi oktyabrın 23-də Milanda "İnter"lə münasibətlərinə aydınlıq gətirəcək





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right