"Qarabağ"ın Avroliqadakı ilk oyunu izləməyin dəyəri 1 manat

Avropa Liqasının qrup mərhələsində sentabrın 18-i keçiriləcək "Qarabağ" - "Sent-Etyen" matçının biletləri sabah satışa çıxarılacaq.
 
Newsport.az saytının klubun saytına istinadən yaydığı məlumata görə, oyununun biletlərini sabah saat 9:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkün olacaq.
 
Qeyd edək ki, adi sektorlar üçün biletin qiyməti 1 və 5 manat, VİP sektorlar üçün isə 50 manat təşkil edir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right