"Qarabağ" bütün imkanlardan maksimum yararlandı" - "Dinamo"nun baş məşqçisi

"Qarabağ" Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşündə Kiyev "Dinamo"sunu qəbul edib. Matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, "Qarabağ" Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.

Newsport.az xəbər verir ki, "Dinamo"nun baş məşqçisi İqor Kostyuk matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ" nəyi dəyişdi ki, nəticə fəqli oldu?

- "Qarabağ" bütün imkanlardan maksimum yararlandı.

- Marko Yankoviçin səhvindən sonra komandanızın futbolçusu əla epizoddan istifadə edə bilmədi. Buna sərt reaksiya verdiniz...

- İkinci hissə təşəbbüs bizdə idi. Üç real qol imkanımız oldu. Amma ola bilsin ki, uğursuzluq oldu deyə, fürsətlərdən yararlana bilmədik.

- "Qarabağ"a qarşı hava toplarından daha çox istifadə edirdiniz. Bu, "Qarabağ"ın hava toplarında zəif olması ilə əlaqədar idi, yoxsa başqa variantınız yox idi?

- Komanda ilk dəqiqələrdə daha çox aqressiv oynayırdı. Topu nəzarətdə saxlamağa çalışırdıq. Daha çox Ponomarenkaya güvənirdik. Əlimizdən gələni edirdik ki, topa nəzarət bizdə olsun.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right