"Qarabağ" hesabı açdı Yenilənir

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.

Newsport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da 3-cü mərhələnin cavab matçına çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək. "Qarabağ" səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub.

Cütün qalibi pley-offda “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə "Tvente" rəqibini darmadağın edib - 6:0.

13 avqust

UEFA Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

20:00."Qarabağ" (Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna) 1:0

Qol: Jali Muaddib, 12

Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)

İlk oyun - 0:1

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right