"Bavariya" "Barselona"ya qalib gəldi, "Liverpul" səfərdə qazandı Yenilənib

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

 

Newsport.az-ın məlumatına görə, son 6 oyundan sonra daha 2 komanda 1/8 finala vəsiqəni təmin edib.

 

A qrupunda İngiltərə "Liverpul"u Niderlandda "Ayaks"ı 3:0 hesabı ilə darmadağın edərək, adını növbəti mərhələyə yazdırıb.

 

B qrupunda Madrid "Atletiko"su İspaniyada Almaniya "Bayer"i ilə heç-heçə edib - 2:2. Bu nəticə qrupun digər iştirakçısı olan Portuqaliya "Portu"sunu pley-offa çıxarıb.

 

C qrupunda "Barselona" İspaniyada Almaniya "Bavariya"sını 0:3 hesabı ilə uduzub. Turnirlə vidalaşması daha əvvəl rəsmiləşən Kataloniya təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. İtaliya "İnter"i və "Bavariya" isə qrupdan çıxmağı təmin edib.

 

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

26 oktyabr

 

A qrupu

23:00. "Napoli" (İtaliya) - "Reyncers" (Şotlandiya) - 3:0

Qollar: Covanni Simeone, 11; 16. Leo Estiqor, 80

 

23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə) - 0:3

Qollar: Məhəmməd Salah, 42. Darvin Nunyes, 49. Harvi Elliott, 52

Xal durumu: "Napoli" - 15 . "Liverpul" - 12. "Ayaks" - 3. "Reyncers" - 0.

 

B qrupu

20:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya) - 0:4

Qollar: Mehdi Taremi, 33; 70. Evanilson, 57. Stiven Euştakiu, 60

 

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Almaniya) - 2:2

Qollar: Yannik Karrasko, 22. Rodriqo De Paul, 50 - Mussa Diabi, 9. Kallum Hodson-Odoi, 29

Xal durumu: "Brügge" - 10. "Portu" - 9. "Atletiko" - 5. "Bayer" - 4.

 

C qrupu

20:45. "İnter" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) - 4:0

Qollar: Henrix Mxitaryan, 35. Edin Dzeko, 42; 66. Romelu Lukaku, 87

 

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3

Qol: Sadio Mane, 10. Erik Çupo-Motinq, 31. Benjamin Pavar, 90+5

Xal durumu: "Bavariya" - 15. "İnter" - 10. "Barselona" - 4. "Viktoriya" - 0.

 

D qrupu

23:00. "Tottenhem" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 1:1

Qol: Rodriqo Bentankur, 80 - Markus Edvards, 22

 

23:00. "Ayntraxt" (Frankurt, Almaniya) - "Marsel" (Fransa) - 2:1

Qollar: Daiti Kamada, 3. Randal Kolo Muani, 27 - Matteo Genduzi, 22

Xal durumu: "Tottenhem" - 8. "Sportinq" - 7. "Ayntraxt" - 7. "Marsel" - 6.

 

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.

 

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right