"Qəbələ" Xorvatiya çempionuna məğlub oldu

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, “qımızı-qaralar” Çempionlar yolunun I mərhələsinin cavab görüşündə “Hayduk”la qarşılaşıb.

Azərbaycan və Xorvatiya çempionlarının duelində ilk 45 dəqiqədə hesab açılmayıb. Matçdakı qollar ikinci hissədə vurulub. Öncə Şahin Şahniyarov Samir Ağayevin ötürməsindən sonra qonaqların qapısına yol tapıb. Lakin Zaur Hacıyevin yetirmələri üstünlüyü qoruya bilməyib. Oyunun sonunadək iki qol vuran Split təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Səfərdə keçirilən ilk görüşdə də qalib gələn xorvatiyalılar II mərhələyə yüksəlib. “Qırmızı-qaralar” isə avrokubok mövsümünü başa vurub.

4 oktyabr

UEFA Gənclər Liqası, Çempionlar yolu, 1-ci mərhələ, cavab oyunu

17:00. "Qəbələ U-19" - "Hayduk U-19" - 1:2

Qollar: Şahin Şahniyarov, 52 - Luka Vuşkoviç, 68, Yere Vrtsiç, 88
Baş hakim: Arda Kardeşler (Türkiyə)
Qəbələ şəhər stadionu.
İlk oyun - 0:3





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right