"Dinamo" - "Çelsi" matçında heyətlər açıqlandı: Mahir ehtiyatda

Çempionlar Liqasında 2022/2023 mövsümünün qrup mərhələsinə start verilir.

Newsport.az məlumatına görə, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" da bu gün ilk matçına çıxacaq. Zaqreb təmsilçisi E qrupunun ilk turunun oyununda doğma meydanda "Çelsi"ni qəbul edəcək. 

Bakı vaxtilə saat 20:45-də start götürəcək qarşılaşmada komandaların meydana çıxacağı heyətlər məlumdur. Baş məşqçi Ante Çaçiç Mahirə start heyətdə yer verməyib. 25 yaşlı hücumçu matça ehtiyat oyunçular skamyasında başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right