"La Gazzetta dello Sport": "Bakı “Qarabağ”ın qalasıdır"

İtaliya mətbuatı Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Qarabağ” – “Lex” görüşündən yazıb.

Newsport.az-ın məlumatına görə, dünyaca tanınmış idman nəşri olan “La Gazzetta dello Sport” Ağdam klubunun şanslarını da dəyərləndirib:

"Bakıda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsini keçmək istəyən “Qarabağ”ın oyunu üçün hər şey hazırdır. "Qarabağ" doğma azarkeşlər önündə ilk oyundakı məğlubiyyətin verdiyi mənfi halı aradan qaldırmağa çalışacaq. Polşa çempionu ilk sınağından qalib ayrılıb və indi üstünlüyünü qorumalıdır. Amma onlar cavab oyununa rəqibindən daha yorğun yanaşır. Çünki şənbə günü Polşa superkuboku matçında "Rakov"la qarşılaşıb və 0:2 uduzub. Con van den Brom komandası üçün bu, yeddi gün ərzində üçüncü oyun olacaq.

Bakı “Qarabağ”ın qalasıdır. Azərbaycan komandasının öz meydanındakı sonuncu məğlubiyyəti fevralın 24-də Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə (0:3) matçda qeydə alınmışdı. Bu, prinsipcə, Poznana son səfərə qədər sonuncu idi. Ötən mövsüm Qurban Qurbanovun yetirmələri asanlıqla çempion olub, həm də penaltilər seriyasında “Zirə”yə qalib gələrək ölkə kubokunu qazanıb. Konfrans Liqasında isə "Qarabağ" "Bazel"dən sonra ikinci yeri tutaraq qrup mərhələsini adlamışdı və yalnız bundan sonra fransızlara məğlub olmuşdu. 

"Lex" iki ildən sonra Avropaya qayıdıb. Polşalıların son beynəlxalq oyunu 2020-ci il dekabrın 3-də Avropa Liqasının qrupunda "Benfika"ya qarşı olub. Komanda qrup mərhələsini cəmi 3 xalla sonuncu pillədə başa vurub. Klub son mövsümdə Polşa kubokunun finalında uduzduqları "Rakov"u qabaqlayaraq çempionluğu qazanıb. "Lex" yeddi ildir ki, kuboku götürmür.

İndiyədək “Qarabağ”la "Lex"lə heç vaxt qarşılaşmamışdı. İlk oyuna qədər Polşa klubu artıq Azərbaycan komandaları qarşısında müsbət göstəriciyə malik idi: yeddi qələbə və bir heç-heçə. Lakin "Qarabağ" da Polşa təmsilçilərilə oyunlarda da geri qalmayıb: dörd qələbə və bir heç-heçə. Hansı komanda növbəti mərhələyə vəsiqə qazansa, "Sürix"lə (İsveçrə) qarşılaşacaq. Amma pley-off mərhələsinə qədər 3-cü tur da olacaq. Çempionlar Liqasının qrup mərhələsinə aparan yol uzundur". 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right