"Qarabağ" - "Lex" oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə (Poznan, Polşa) Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyi ev oyununa bilet satışı davam edir. 

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Newsport.az-a verdiyi məlumata görə, görüş üçün indiyədək 15,000 bilet satılıb. 

Sözügedən oyuna biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir. Biletləri "Iticket.az"ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və onlayn şəkildə, həmçinin, Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan (11:00-dan 20:00-dək), matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar. Mərkəzi arenanın kassalarında bilet satışı bu gün saat 15:00-da başlayacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək olacaq.

Qeyd edək ki, iyulun 12-də oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş "Lex"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right