"Qarabağ" - "Lex" oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə (Poznan, Polşa) Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyi ev oyununa bilet satışı davam edir. 

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş üçün indiyədək 10,500 bilet satılıb. 

Sözügedən oyuna biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir. Biletləri "Iticket.az"ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və onlayn şəkildə, həmçinin, Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan (11:00-dan 20:00-dək), matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar. Mərkəzi arenanın kassalarında bilet satışı bu gün saat 15:00-da başlayacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək olacaq.

Qeyd edək ki, iyulun 12-də oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş "Lex"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right