"İnter"in kapitanı "Barselona" ilə matçı buraxa bilər

"İnter" Çempionlar Liqası yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "Barselona" ilə üz-üzə gələcək.

Newsport.az xəbər verir ki, İtaliya təmsilçisi oyuna ciddi itki ilə çıxa bilər. Belə ki, kapitan Lautaro Martinesin vacib matçı buraxmaq ehtinalı var.

Argentinalı hücumçu İspaniyada keçirilən ilk oyunda zədələnib. Onun Milandakı oyunda meydanda olmaq şansının az olduğu bildirilir.

Qeyd edək ki, "İnter" - "Barselona" qarşılaşması 6 may tarixində, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu komandalar arasındakı ilk oyun 3:3 hesablı bərabərliklə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right