Avstriya klublarından birinin adını dəyişdirib "Qarabağ" (Vyana) elədiyini xəbər vermişdik.
Newsport.az saytının olaraq məsələ ilə bağlı Ağdamın "Qarabağ" klubunun mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq. Klub rəsmisi Avstriya təmsilçisinin rəsmilərdən ad üçün onlara rəsmi müraciət edilmədiyini bildirib:
"Bu barədə bizə rəsmi bir müraciət ünvanlanmayıb. Biz tərəfdən onların çempionatda iştirak etməsi üçün heç bir problem yaranmayacaq. “Qarabağ” adının Avstriya çempionatında təmsil olunması bizim üçün çox böyük sevincdi. Azərbaycan övladının Qarabağ adını avropada yaşatmasından şadıq”.