Xəbər verdiyimiz kimi Elnur Allahverdiyev yenidən sabiq klubu "Neftçi"yə qayıdıb.
Newsport.az xəbər verir ki, "flaqman" Allahverdiyevlə 2 illik müqavilə bağlayıb.
Artıq 31 yaşlı oyunçu paytaxt klubunda ilk seçimini edib. Belə ki, onun "ağ-qaralar"da hansı nömrə altında çıxış edəcəyi müəyyənləşib. Müdafiəçi "Neftçi"də 14 nömrəli futbolkanı geyəcək.