Sentyabrın 13-dən 18-dək Bakıda futbol üzrə 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin ikinci qrupunun oyunları keçiriləcək.
Newsport.az saytının məlumatına görə, turnirdə Azərbaycan millisi ilə yanaşı, Ukrayna, Danimarka və Kipr yığmaları da mübarizə aparacaqlar.
Millimiz sentyabrın 13-də Ukrayna, iki gün sonra Danimarka, sentyabrın 18-də isə Kipr kollektivi ilə qarşılaşacaq.
Qeyd edək ki, oyunların hamısı Bayıl stadionunda təşkil olunacaqdır.