“Qəbələ” klubundan ayrıldıqdan sonra azad agent statusu qazanan müdafiəçi Elnur Allahverdiyev özünə yeni klub tapıb.
Newsport.az saytının məlumatına görə, futbolçu “Neftçi” klubu ilə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Neftçi” millimizin üzvü üçün yeni klub deyil. Belə ki, o 2005-2008-ci illərdə paytaxt klubunun şərəfini qoruyub.