Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir.
Newsport.az saytının məlumatına görə, çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər yarışacaq. Yığmamız 3 çəkidə dərəcəsində təmsil olunur.
Xatırladaq ki, çempionatın ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıb. Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurub. Komanda hesabında yığmamız 4-cü pillədə qərarlaşıb.
48 kq
1/16 final - Yana Rattigan (GBR) - Mariya Stadnik 0:11
1/8 final - Mariya Stadnik - Çun Lei (CHN) 7:0
1/4 final - Mariya Stadnik - Patrisia Bermudez (ARG) 10:0
1/2 final - Mariya Stadnik
60 kq
1/8 final - Malin Yohanna Mattsson (SWE) - Yuliya Ratkeviç 3:4
1/4 final - Kristina Fazzari (CAN) - Yuliya Ratkeviç 4:8
1/2 final - Yuliya Ratkeviç - Taybe Yussein (BUL)
69 kq
1/16 final - Nadya Sementsova - Svetlana Saenko (MDA) 4:1
1/8 final - Erszebet Yets (CAN) - Nadya Sementsova 12:9