Böyükağa Hacıyevin Avropa Liqasında qrup mərhələsinə düşəcəkləri təqdirdə, Nikolas Kanalesi transfer edəcəklərinə dair açıqlama verdiyini xəbər vermişdik. Newsport.Az xəbər verir ki, artıq tərəflər indidən ortaq məxrəcə gəlib.
Yəni, "Neftçi"nin Avroliqada qrup mərhələsinə çıxıb-çıxmayacağından asılı olmayaraq, çilili forvard "ağ-qaralar"la anlaşıb. Məlumata görə, artıq təcrübəli oyunçu üçün viza açılıb. O, 3 gün ərzində paytaxtımıza gələrək, "flaqman"la münasibətləri rəsmiləşdirəcək.verilen melumata gore terefler artiq raliqa gelib!
2012/2013 mövsümündə "Neftçi"də top qovan Kanales Bakı klubundan ayrıldıqdan sonra ölkəsinin "Kolo-Kolo" klubuna keçib. 29 yaşlı futbolçu bu il "Santiaqo Vanderers" klubuna icarəyə verilib.