“Araz-Naxçıvan" Aqil Nəbiyevin ardınca daha bir futbolçunu heyətinə qatıb.
Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Naxçıvan təmsilçisi hücumçu Kamil Nurəhmədovu da heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aqil 13, Kamil isə 91 nömrəli forma ilə oynayacaq.