Avropa çempionatının təsnifat mərhələsində Bolqarıstan yığması ilə matçdan sonra Azərbaycan futbol yığmasının yarımmüdafiəçisi Vaqif Cavadov oyunla bağlı fikirlərini söyləyib.
Newsport.az saytının məlumatına görə, Cavadov məğlub olmaqlarına baxmayaraq yaxşı oynadıqlarını bildirib:
"Biz qələbə üçün hər şeyi etdik. Ümumilikdə biz yaxşı oynamışıq. Lakin qarşılaşmanın sonunda top buraxdıq və məğlub olduq. 1:1 hesabı daha ədalətli olardı. Səbəblərə gəlincə deməliyəm ki, meydan çox bərbad vəziyyətdə idi. Mübarizə aparmaq ikiqat ağır idi".