Berti Foqts məğlubiyyətə bəhanə axtarıb, hörmətsizlik etdi

“İki kobud səhvə yol verdik. Rəqib də bundan yararlandı. Hesabı bərabərlışdirsək də, təəssüf ki, qol buraxdıq. 70 dəqiqə rəqiblə bərabər səviyyədə oynadıq. Sonra güc qalmadı və səhvlərə yol verdik”. 

Newsport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinn baş məşqçisi Berti Foqts "Avro-2016"nın seçmə mərhələsinin ilk turunda Bolqarıstan millisinə uduzduqları oyundan sonra deyib.
 
Almaniyalı mütəxəssis qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- Yoldaşlıq görüşlərini bu oyuna görə yola vermişdiniz. Eksperimentlərinizin nəticəsi bu idi?

- Müdafiədə çətinliklər vardı. Vladimir Levin, Elnur Allahverdiyev kimi təcrübəli futbolçuların olmaması, gənclərin təcrübəsizliyi öz sözünü dedi
 
- Foqts gələndə 80 dəqiqə oynayırdı, indi isə 70 dəqiqə. 70 dəqiqədən sonra oynaya bilməməyimizin səbəbi nədi? Sizin bizim futbola verdiyiniz xeyir budurmu?


- 10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm.Milli çempionatda 3 gündən 1 oyun keçirilmir, Avrokuboklarda klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm.
 
- Azərbaycan yığması bu oyunla hara gedir? Təkcə Maltanı udmaqla, AÇ-yə çıxacağıq?

- Sözsüz ki, bu matçdan sonra işimiz çətinləşdi. Mən oyundan əvvəl qələbə düşünmüşdüm. Amma alınmadı.


- Son görüşlərdən sonra millini gələcəyinə dair ümidləriniz var?

- Əlimizdə olan futbolçulardan istifadə etməliyəm. 4 braziliyalı futbolçudan yararlana bilmərəm. İşimiz çoxdur. Mən gənclərə inanıram.

Qeyd edək ki, sonda almaniyalı məşqçi jurnalistin ona verdiyi "Rüfət Dadaşovdan nə gözləyirdiniz?" sualına almanca cavab verib və əsəbi şəkildə konfrans zalını tərk edərək jurnalistlərə qarşı hörmətsizlik elədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right