21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son matçına çıxacaq.
Newsport.az-ın məlumatına görə, Bernhard Lippertin komandası səfərdə Portuqaliyanın qonağı olacaq.
Son oyunda İsrailə 3:0 hesabı ilə qalib gələn yığmamız bu görüşdə də rəqibindən xal almağa çalışacaq. Millimiz qələbə qazanacağı təqdirdə turnir cədvəlinin üçüncü pilləsinə yüksələcək.
Qeyd edək ki, milli komandamız 7 oyundan sonra 7 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
9 sentyabr
Avropa çempionatının seçmə mərhələsi
21:00. Portuqaliya - Azərbaycan 3:1
Qollar: 13 Rafa Silva, 55 Abdulla Abatsiyev, 82 Edqar
Hakimlər: Kleyton Pisani, Miçel Skerri, Luke Portelli, Adrian Azzopardi (hamısı Maltadandır)
Riu-Mayor şəhəri, "Municipal" stadionu.