"Neftçi” sentyabrın 13-də “Xəzər Lənkəran”la keçiriləcək oyunun hazırlığını İsmət Qayıbov adına stadionda davam etdirəcək.
Newsport.az saytının məlumatına görə, komanda Bakıxanov qəsəbəsində yerləşən arenadakı məşqi bu gün saat 18:00-da başlanacaq. Milli komandaların heyətinə cəlb olunanlar, eləcə də zədəsini müalicə etdirmək üçün Belçikada olan hücumçu Ernest Nfordan başqa digər futbolçular “Neftçi”nin düşərgəsindədir.