"Xəzər Lənkəran" azarkeşlərinin "Böyük Oyun"a buraxılmayacağını xəbər vermişdik.
Məsələ ilə bağlı lənkəran təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi Newsport.az saytına açıqlamasında azarkeşlərinin oyuna buraxılmasının daha doğru qərar olacağını bildirib:
Ötən mövsüm olan hadisələr artıq sakitləşib. Fikrimcə, azarkeş olsa, daha doğru olardı. Məsələn, dünən yeni legionerlərimizdən biri məndən ölkənin ən böyük derbisi haqqında məlumat istədi. Mən də “Xəzər Lənkəran” – “Neftçi” oyunu haqqında danışdım. İndi oyun günə meydana çıxan futbolçu tribunada 300 azarkeş görsə, nə düşünər. Deyəcək ki, budur ən böyük derbi?”