AFFA İntizam Komitəsi Birinci divizionda mübarizə aparan “Şəmkir”i texniki məğlubiyyətlə cəzalandırıb.
Newsport.az saytının məlumatına görə, qərar bu gün komitənin keçirdiyi iclasda öz təsdiqini tapıb:
“5 sentyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionunun “Şəmkir” – “Turan-T” matçında “Şəmkir” klubu limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilir (maddə 98)”.