"Xəzər Lənkəran" azarkeşləri "Böyük Oyun"a buraxılmayacaq

“Xəzər Lənkəran” azarkeşləri “Böyük Oyun”a buraxılmayacaq.

Newsport.az saytının məlumatına görə, bu qərarı AFFA İntizam Komitəsi verib. Belə ki, komitənin bu keçirilən iclasında oyunla bağlı aşağıdakı qərar qəbul edilib:

“2014/2015 mövsümündə keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” matçlarında baş verə biləcək hər hansı insidentin qarşısını almaq və eləcə də keçən mövsüm yaşanmış hadisələrin yenidən baş verməməsini nəzərə alaraq bu mövsüm də, İntizam Komitəsinin 2013/2014 mövsümündə qəbul edilmiş qərarlar qüvvədə saxlanılsın. Belə ki, “Neftçi” və “Xəzər Lənkəran” klublarının iştirakı ilə baş tutacaq Topaz Premyer Liqası və Azərbaycan kuboku matçlarında, bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right