"Araz Naxçıvan" "İnter" üçün başladı

Topaz Premyer Liqasının 5-ci turunda "İnter"i qəbul edəcək "Araz-Naxçıvan" məşqlərini davam etdirir. 
 
Newsport.az saytının məlumatına görə, sentyabrın 4-dən etibarən gündə iki dəfə məşq edən "qırmızı-ağlar" dünən ikitərəfli oyunda qüvvəsini sınayıb.
 
 Əvəzedici heyət futbolçularının da iştirak etdiyi qarşılaşmada bir qol vurulub. Belə ki, əsas komanda kimi meydana çıxan "qırmızılar"ın heyətində Eşqin Quliyev fərqlənib.  Qeyd edək ki, bu gün futbolçular bir məşqlə kifayətlənəcək. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right