Reynaldo: "Mənim üçün Azərbaycan yığmasında oynamaq maraqlıdır" AÇIQLAMA

"Azərbaycan yığmasında oynamağımçün problem yoxdu". 
 
Newsport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın braziliyalı legioneri Reynaldo Silva bu gün AFFA-da keçirilən Azərbaycan yığmasında oynamaq təklifi haqda görüşdən sonra "Futbolpress.az"a açıqlamasında deyib.
Cənubi amerikalı əlavə olaraq bunları bildirdi: "Təklifi müsbət qarşıladım. Mənimçün Azərbaycan yığmasında oynamaq maraqlıdı. Müxtəlif məsələlər müzakirə olundu, mənim üzərimə düşənlərə müsbət cavab verdim. Qalıb məsələnin hüquqi tərəfləri. O da AFFA-nın işidi".
 
Reynaldodan yığmada oynamağının nə qədər real olduğunu soruşduq: "Məncə, yalnız hüquqi məsələlərin həlli qalıb. Burda mənim 5 il yaşamağım və ya qohumluq əlaqələrinin olması və başqa məsələlər var. Bunlar mənim səlahiyyətimdə olan işlər deyil. AFFA bu barədə işlər həll olunandan sonra FIFA-ya müraciət edəcək. Hər şey ordan gələn cavabdan asılıdı". 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right