Reynaldo Silva rəsmən millimizə dəvət olundu

Bu gün AFFA-da qurumun baş katibi Elxan Məmmədovla “Qarabağ”ın futbolçusu Reynaldo Silva arasında görüş keçirilib. 

Newsport.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun da iştirak etdiyi görüşdə Reynaldo Silvanın Azərbaycan millisində oynaması ilə bağlı məsələ müzakirə edilib. 

Müzakirələr zamanı E.Məmmədov AFFA rəhbərliyi adından R.Silvaya millimizdə oynamaqla bağlı rəsmi təklif irəli sürüb. Futbolçu təklifi qəbul edib.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov informasiyanın düz olduğunu söyləyib. O, bildirib ki, AFFA Reynaldoya Azərbaycan pasportunun verilməsi ilə bağlı müvafiq qurumlara müraciət edəcək. Bundan başqa, məsələdən FİFA da məlumatlandırılacaq.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da görüşün keçirildiyini təsdiqləyib. Amma o, danışıqların təfərrüatı haqda açıqlama verməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right