Vaqif Cavadov: "Sabaha qədər çox şey dəyişə bilər"

“Oyuna çox ciddi hazırlaşmışıq.  Bilirik ki, seçmə mərhələyə necə başlasaq,  elə də gedəcək.. Bütün fikirlərimizi sabah baş tutacaq görüşə yönəltmişik”.

Newsport.az-ın  məlumatına görə, bu sözləri  milli komandamızın  üzvü Vaqif Cavadov “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində sabah Bolqarıstana qarşı keçiriləcək oyun haqda danışarkən  deyib.

Türkiyənin “Qaziantep BB” klubunun şərəfini qoruyan hücumçu  sabahkı oyunda meydana çıxıb-çıxmayacağını bilmədiyini söyləyib: “İlk dəqiqədən meydanda olmaq istərdim. Ancaq buna mən qərar  vermirəm. Hər şey baş məşqçidən asılıdır. Sabaha qədər çox şey dəyişə bilər. Kimsə zədələnib heyətdən çıxarıla da bilər” 

Cavadov rəqib futbolçularının iddialı açıqlamalarına da münasibət bildirib:”Onların  bizə yuxarıdan aşağı baxması xeyriməzədir.  Çünki bu, bizə əlavə motivasiya verir. Rəqib isə arxayınlaşa bilər. Rusiya və Türkiyəyə qarşı oynadığımız oyunu sabah Bolqarıstana qarşı oynayacağıq. Bolqarıstan mətbuatının yazdıqlarına fikir vermirəm. Sabaha qədər də mətbuatı axumayacağam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right