Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Sumqayıt" ilə oyundan sonra baş verən hadisələr futbol ictimaiyyətində ajiotaja səbəb oldu.
Newsport.az saytının məlumatına görə, məlum məsələdə əsas müzakirə obyekti hakimliklə bağlı idi. Bu qərarlarla bağlı "Araz-Naxçıvan" tərəfindən rəsmi mövqe bildirildi. Lakin sonradan sosial şəbəkələrdə klub adından bəzi yalnış məlumatlar yayıldı (klubun rəsmi səhifələrindən başqa). Bildirmək istəyirik ki, gedən məlumatlarla klubumuzun heç bir əlaqəsi yoxdur və klub buna görə məsuliyyət daşımır. Hər hansı rəsmi məlumat olarsa, klub bunu ictimaiyyətə öz saytı (arazpfc.com) vasitəsilə çatdıracaq.