Berti Foqts: "Həmişə qələbə arzusunda olmuşam"

“Sheraton Baku Airport Hotel”də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib. 
 
Newsport.az saytının məlumatına görə, almaniyalı mütəxəsis komandanın tamamilə bu oyuna kökləndiyini bildirib:
 
"Hazırlıqdan razıyam. Futbolçularla danışmışam. Onlar yaxşı anlayırlar ki, Rusiya yığması ilə oyunda buraxılan səhvləri bir daha təkrarlamaq olmaz. Tamamilə bu oyuna köklənmişik. Komandamız qələbə qazanmağa qadirdir. Bacarığımızı tam olaraq göstərməliyik. Komandamız əsasən gənclərdən qurulub. Şadam ki, onları yoxlama oyunlarında sınaqdan keçirmək, səhvlərimizi görmək imkanımız oldu. Bu oyunu tam səhvsiz keçirməyə hazır olmalıyıq. Heç bir oyunda heç-heçə istəməmişəm. Hər qarşılaşmaya qələbə arzusu ilə yanaşıram. Seçmə mərhələ oyununda heyətlə bağlı eksperimentə yol vermək olmaz. Hərçənd, bəzən məcburiyyətdən bu addımı atmalı oluruq".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right