"Neftçi"nin əfsanəsi Samir Ələkbərov yeni iş yeri məlum olub.
Newsport.az saytının məlumatına görə, "Ağ-qaralar"ın heyətində müstəqillik dövründə ən çox qol vuran futbolçu statusuna malik Samir Ələkbərov fəaliyyətini Birinci divizionda davam etdirəcək. Belə ki, təcrübəli mütəxəsis "Şuşa"da köməkçi məşqçi işləyəcək.
Qeyd edək ki, Samir Ələkbərov daha öncə "Xəzər Lənkəran"ın əvəzedici heyətinin baş məşqçisi postunda çalışmışdı.