AZAL-dan darmadağın

AZAL yığma komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək yoxlama oyunu keçirib. 
 
Newsport.az saytının məlumatına görə, “AZAL Arena”da baş tutan qarşlaşmada əsas komandamız əvəzedicilərlə qarşılaşıb. 
 
“1-ci komanda” hər hissədə 3 qol vuraraq yekunda 6:0 hesablı qələbə qazanıb. Qolları Rəşad Abdullayev (12-p.), Təmkin Xəlilzadə (35; 40), Con Kordoba (62) və Freddi Mombonqo (64; 72) vurub. 
 
Qeyd edək ki, sabah komandamız istirahət edəcək. Bazar ertəsindən etibarən isə birbaşa Premyer Liqanın 5-ci turu çərçivəsində keçiriləcək “Qarabağ”la görüşə hazırlığa start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right