Bu mövsüm Birinci divizionda çempionluğa iddialı olacaq "Zirə" daha bir transfer həyata keçirib.
Newsport.az saytının məlumatına görə, qəsəbə təmsilçisi "Qarabağ"ın futbolçusunu transfer edib. Belə ki, zirəlilər Ağdam təmsilçisinin yarımmüdafiəçisi Toğrul Bilallını icarəyə götürüb.
Qeyd edək ki, "Zirə" həmçinin millimizin keçmiş üzvü Tural Abbaszadəni də transfer edib.