Futbol üzrə Azərbaycan I Divizionunda 1-ci turun daha 4 oyunu keçirilib.
Newsport.az saytının məlumatına görə, “Kəpəz” – “Şahdağ” və “Lokomotiv” – “Şuşa” oyunlarında qalib müəyyən olunmayıb. Hər iki oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
“Qaradağ Lökbatan” 2-0 “Energetik”
(İlham Allahverdiyev, 45; Mehdi Mehdiyev, 81)
“Mil-Muğan” 6-1 “Göyəzən”
(Elxan Məmmədov, 33; 72; 90; Rəmzi Məmmədov, 55; 70; Bayram Əliyev, 90+3 // Fərhad Həsənov, 68)
Tura bu gün keçiriləcək “Zirə” – MOİK və “Ağsu” – “Neftçala” oyunları ilə yekun vurulacaq.