Dünən "İnter" yoxlama görüşünə çıxıb.
Newsport.az saytının məlumatına görə, "Bakı" Futbol Klubunun Təlim-məşq bazasında baş tutmuş oyunda komandanın rəqibi "Sumqayıt" idi. Bu qarşılaşma "İnter"in 1-0 hesablı qələbəsilə başa çatıb. Oyunda vurulmuş yeganə qolun müəllifi Asif Məmmədov olub.
Qeyd edək ki, ayın 12-si "İnter" Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə "Araz-Naxçıvan" komandasıyla qarşılaşacaq.